Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aral Group Baku

Satış məsləhətçisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

INTUERA zərgərlik və saat butikində satış məsləhətçisi vakansiyası üçün uyğun namizədlər axtarılır. Namizədə tələblər Təqdimatlı xarici görünüş, səliqəli üslub və yüksək zövq; Butikdə satış məsləhətçisi kimi 1 ildən artıq iş təcrübəsi; zərgərlik məmulatları, saatlar, aksesuarlar və ya premium brendlərlə təcrübə üstünlükdür; Səlis danışıq və güclü ünsiyyət bacarığı; Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərini bilmək isə üstünlükdür; Müştərilərlə uzunmüddətli münasibət qurmaq bacarığı; Yüksək xidmət mədəniyyəti və fərdi satış bacarığı; Məsuliyyətlilik, punktuallıq və detallara diqqət. Əsas vəzifələr Müştərilərə peşəkar məsləhət vermək, zərgərlik məmulatları və saatları təqdim etmək; Yüksək səviyyədə müştəri xidmətini təmin etmək; Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul seçimində dəstək göstərmək; Fərdi satış planını yerinə yetirmək; Məhsulların vizual təqdimatı və nümayişi ilə bağlı müəyyən edilmiş standartlara əməl etmək. Biz nə təklif edirik Bakı mərkəzində yerləşən dəbli zərgərlik butikində iş imkanı; 800 AZN sabit əməkhaqqı və satış nəticələrinə əsasən bonuslar; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Məhsul çeşidi və satış texnikaları üzrə təlimlər; Peşəkar inkişaf üçün imkanlar; Rahat və xoş iş mühiti. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.