Vakansiya haqqında
Bakı üçün kranlı ateqo sürücüsü axtarılır.
Vəzifə barədə
Departament: Satınalma
Vəzifə: Nəqliyyat üzrə mütəxəssis
Tabeliyində əməkdaş: Yoxdur
Atyalı qəsəbəsinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.
Əmək haqqı: razılaşma əsasında müəyyən olunur.
Əsas vəzifələr
Yük maşınının texniki baxımdan saz saxlanılmasını təmin etmək və reysdən əvvəl gündəlik yoxlama aparmaq.
Nəqliyyat vasitəsinin təmiz və səliqəli vəziyyətdə qalmasına nəzarət etmək.
Hər gün Qobu anbarından Sədərək və Abşeron ticarət mərkəzlərinə məhsul çatdırılmasını həyata keçirmək.
Rayonlara göndəriləcək məhsulların kənar nəqliyyat vasitələri ilə yola salınmasını təşkil etmək.
Şəhər daxili çatdırılmaları planlaşdırmaq və günün ikinci yarısında icra etmək.
Yüklərin müvafiq qaimələr əsasında müştərilərə vaxtında və tam təhvil verilməsinə cavabdeh olmaq.
Məhsulların təyinat ünvanına təhlükəsiz, vaxtında və düzgün çatdırılmasını təmin etmək.
Yükün düzgün yüklənməsi, bərkidilməsi və boşaldılmasına nəzarət etmək.
Qəza, texniki nasazlıq və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyə məlumat vermək.
Verilən marşrutlara və rəhbərlik tapşırıqlarına əməl etmək.
Yol hərəkəti qaydalarına riayət etmək.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etmək.
Təhsil və təcrübə tələbləri
Hyundai və Isuzu markalı yük avtomobillərini idarə etmək üzrə iş təcrübəsi;
Bakı şəhərini yaxşı tanımaq;
B və C kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir, E kateqoriyası arzuolunandır;
Yaş həddi: 30 yaşdan yuxarı;
Ən azı 5 il peşəkar sürücülük təcrübəsi;
Orta təhsil;
Kompyüter biliklərinə dair tələb yoxdur.
İxtisas səriştələri
Məsuliyyətlilik
Dəqiqlik
Diqqətlilik
Fiziki sağlamlıq və stressə davamlılıq
Ünsiyyət qabiliyyəti
Etibarlılıq
Müştəri və tərəfdaşlarla etik davranış qabiliyyəti
Dil biliyi: Azərbaycan dili
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
