Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

FastNet Technology MMC

Çağrı mərkəzi operatoru

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Çağrı mərkəzi operatoru vəzifəsində zənglərin və müraciətlərin operativ cavablandırılması, qeydiyyatı və ilkin dəstək üzrə iş təklif olunur. Vəzifə öhdəlikləri Telefon zəngləri və ya şirkətin sosial şəbəkə səhifələri vasitəsilə daxil olan müraciətləri vaxtında, müəyyən edilmiş qaydalar əsasında cavablandırır; Müraciət edən şəxslərə şirkətin təqdim etdiyi xidmətlər haqqında lazım olan məlumatları, məsləhətləri və yönləndirməni verir; İlkin texniki dəstək xidmətlərini yerinə yetirir; Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyələri qəbul edir, dinləyir, suallara operativ cavab verir, yaranan məsələnin tez həlli üçün müraciət edənləri aidiyyəti struktur və ya şəxslərlə əlaqələndirir; Daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini hazırlayır və idarə edir; Qeydiyyata alınmış müraciətləri vaxtında həll edir, ehtiyac olduqda geri dönüş zənglərini həyata keçirir; Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun şəkildə, mehriban, təmkinli, səbirli və gülərüz ünsiyyət qurur. Namizədə dair tələblər Azərbaycan və rus dillərində danışıq bacarığı; Yüksək ünsiyyət qurma qabiliyyəti; Ofis avadanlıqları ilə işləmə bacarığı; Öyrənməyə meyillilik; Yaş həddi: 24-45. İş şəraiti Əmək haqqı: 500-650 AZN; Azərbaycan Respublikası ƏM-ə uyğun işə qəbul; İş qrafiki: növbəli, gündüz və gecə növbəsi. Müraciət etmək istəyən namizədlərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər və mövzu hissəsində vakansiyanın adını qeyd etsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.