Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Tredu

Müştəri xidmətləri üzrə təcrübəçi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda müştəri xidmətləri üzrə təcrübəçi axtarılır. Tredu şagirdlərin məktəbdən sonra qoşula biləcəkləri əlavə dərnəkləri təqdim edən rəqəmsal platformadır. Bu platforma vasitəsilə şagirdlər və valideynlər tərəfdaşların təklif etdiyi populyar və müasir fəaliyyətləri kəşf edib tətbiq üzərindən izləyə bilirlər. Hazırda komandamıza Müştəri xidmətləri üzrə təcrübəçi vəzifəsi üçün namizədlər axtarılır. İş növü: Tam ştat Vəzifə öhdəlikləri Daxil olan zənglərə və müraciətlərə peşəkar qaydada cavab vermək; İstifadəçilərə platforma, xidmətlər və dərnəklər barədə ilkin məlumat təqdim etmək; Müştərilərdən gələn sorğuları və müraciətləri qeydiyyata almaq; Müştəri məlumatlarını sistemə düzgün və dəqiq şəkildə daxil etmək; Valideynlər və şagirdlərlə telefon və digər kommunikasiya kanalları üzərindən əlaqə saxlamaq; Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək vermək; Komanda üzvlərinin gündəlik işlərinə inzibati dəstək göstərmək; Hesabatların hazırlanması və məlumatların toplanması prosesində iştirak etmək; Tələblər Ali təhsil alan son kurs tələbəsi və ya yeni məzun olmaq; Azərbaycan dilində səlis danışıq və yazı bacarığına sahib olmaq; Rus dili biliyi üstünlük hesab olunur; MS Office proqramlarında, o cümlədən Word, Excel və Google Sheets-də işləmək bacarığı; Güclü ünsiyyət və dinləmə bacarıqları; Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq; Komandada işləmək bacarığı; Problemləri həll etmək üzrə inkişaf etmiş bacarıqlar; Sürətli iş mühitində bir neçə tapşırığı idarə etmək və vaxtdan səmərəli istifadə etmək bacarığı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvana göndərə bilərlər. Zəhmət olmasa, email mövzusunda vəzifənin adını qeyd edin. Müraciətiniz üçün təşəkkür edirik və sizi potensial əməkdaşımız kimi dəyərləndirməyi səbirsizliklə gözləyirik.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.