Vakansiya haqqında
Transfer üzrə sürücü vakansiyası üçün təhlükəsiz və məsuliyyətli namizədlər axtarılır.
Vəzifə öhdəlikləri
Müəyyən olunmuş marşrut üzrə hərəkət etmək və təyin edilən ünvanlara vaxtında çatmaq;
Nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək və yol hərəkəti qaydalarına tam əməl etmək;
Avtomobilin texniki vəziyyətini hər gün yoxlamaq, nasazlıq olduqda dərhal məlumat vermək;
Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq;
Gündəlik tapşırıqlar və hesabatlar barədə rəhbərliyə məlumat təqdim etmək.
Tələblər
Minimum 5 il sürücülük təcrübəsi;
B kateqoriyalı sürücülük vəsiqəsi;
Rus dili üzrə orta səviyyədə bilik;
Yol hərəkəti qaydalarını yaxşı bilmək;
Təhlükəsiz sürücülük bacarıqları və yol şəraitini düzgün qiymətləndirmək bacarığı;
Fiziki cəhətdən sağlam və məsuliyyətli olmaq;
Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
İşə qarşı məsuliyyətli və müsbət yanaşma.
İş şəraiti
İş yeri: Babək Plaza;
İş rejimi: Növbəli iş qrafiki;
Əmək haqqı: 800 - 1000 AZN.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində Sürücü qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər.
Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
