Vakansiya haqqında
İnsan resursları üzrə mütəxəssis vakansiyası üzrə kadr uçotu, ƏMAS və əməkhaqqı sənədləşməsi sahəsində peşəkar namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və ləğvi ilə bağlı ƏM bildirişlərinin Elektron İnformasiya Sisteminə, yəni ƏMAS-a daxil edilməsi və aidiyyəti sənədləşmənin aparılması;
ƏMAS sistemində müvafiq dəyişikliklərin edilməsi;
Əməkhaqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat və əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi, həmçinin aidiyyəti hesablara yüklənməsi;
Aylıq iş vaxtı uçot tabelinin hazırlanması;
Əməkhaqqı kartları üçün sifarişin verilməsi;
Əmək qanunvericiliyinin tələblərinə uyğun əmrlərin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
İş fəaliyyəti ilə bağlı müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
Qanunvericiliyin tələblərinə uyğun digər sənədlərin tərtib olunması;
DƏMX-dən və digər qurumlardan daxil olan sorğuların cavablandırılması;
Vəzifə təlimatlarının hazırlanması;
Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;
Kadrlarla bağlı məşğulluq və digər orqanlara təqdim olunacaq hesabatların hazırlanması və göndərilməsi.
Namizədə tələblər
Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl bilməsi;
İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları barədə geniş bilik;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
Yaş həddi: 25–30;
Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığına malik olmaq.
İş şərtləri
09:00–18:00 iş qrafiki, 5 günlük iş həftəsi;
İstirahət günləri: şənbə və bazar;
Əmək haqqı: 900–1000 AZN;
İş yeri: Bakı şəhəri, Xətai rayonu, AGA Center, Xətai metrosuna 5 dəqiqəlik məsafə.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
