Vakansiya haqqında
Sosial media hesablarının idarə olunması və hədəfli reklam kampaniyaları üzrə təcrübəli SMM və target mütəxəssisi axtarılır.
Vəzifə öhdəlikləri
Şirkətin Instagram və digər sosial media hesablarının idarə edilməsi;
Aylıq kontent planının hazırlanması və paylaşım qrafikinin qurulması;
Post, Reels və Stories üçün kontent ideyalarının işlənməsi;
Tur paketləri, aviabiletlər, otellər və digər turizm xidmətləri üzrə reklam məzmununun hazırlanması;
Copywriting mətnlərinin yazılması və vizual kontentin tərtib edilməsi;
Canva və CapCut vasitəsilə vizualların və qısa videoların hazırlanması;
Meta Ads Manager üzərindən Facebook və Instagram reklam kampaniyalarının qurulması və idarə olunması;
Hədəf auditoriyasının düzgün seçilməsi və seqmentləşdirilməsi;
Reklam büdcəsinin planlaşdırılması, kampaniyaların optimallaşdırılması və nəticələrin təhlili;
Sosial media hesablarının inkişaf etdirilməsi, müraciətlərin və potensial müştərilərin sayının artırılması;
Görülən işlər və reklam nəticələri üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
SMM sahəsində minimum 2-3 il iş təcrübəsi;
Meta Ads Manager üzrə praktiki bilik və təcrübə;
Facebook və Instagram reklam kampaniyalarını müstəqil şəkildə qurmaq və idarə etmək bacarığı;
Target auditoriyasının seçilməsi, reklam büdcəsinin idarə edilməsi və kampaniya nəticələrinin təhlili bacarığı;
Canva və CapCut proqramları ilə işləmək bacarığı;
Kontent strategiyası hazırlamaq, yaradıcı ideyalar irəli sürmək və sosial media trendlərini izləmək;
Azərbaycan dilində düzgün və cəlbedici mətnlər hazırlamaq bacarığı;
Məsuliyyətlilik, yaradıcılıq və nəticəyönümlülük.
Üstünlük veriləcək
Turizm və ya səyahət şirkətləri ilə iş təcrübəsi;
Əvvəlki layihələr üzrə portfolio və reklam kampaniyalarının nəticələrini təqdim etmək bacarığı;
Reklam vasitəsilə real müraciətlərin və satışların artırılması üzrə təcrübə.
İş şərtləri
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən razılaşdırılacaq;
İş qrafiki müsahibə zamanı müzakirə olunacaq.
Müraciət qaydası
CV-nizi və portfolio nümunələrinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində: “SMM mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
