Vakansiya haqqında
Karabakh Group MMC mexaniki sürücü (operator) vəzifəsi üçün təcrübəli namizədlər axtarır.
İş yeri
Karabakh Group MMC
Bakı
Vəzifə öhdəlikləri
Bekoloderi təhlükəsiz və effektiv şəkildə idarə etmək.
Tikinti sahəsində torpaq, kanal, drenaj və digər işləri icra etmək.
Texnikanın gündəlik baxışını aparmaq.
Yanacaq və texniki mayelərin sərfiyyatına nəzarət etmək.
İş tamamlandıqdan sonra texnikanı təmiz və işlək vəziyyətdə təhvil vermək.
Vəzifəyə tələblər
Bekaloder və ya JCB texnikasının idarə olunmasında minimum 3 il iş təcrübəsi;
Bekaloderin bütün funksiyalarını, o cümlədən qazma, yükləmə, torpaq hamarlama və material daşıma işlərini peşəkar səviyyədə yerinə yetirmək;
Müvafiq texnika idarəetmə sənədi və ya sertifikata sahib olmaq;
Texnikanın gündəlik texniki vəziyyətini yoxlamağı bacarmaq;
Yağ, hidravlik sistem, təkərlər, akkumulyator və digər əsas hissələr üzrə ilkin nəzarəti həyata keçirmək;
Nasazlıqları vaxtında aşkar edib rəhbərliyə məlumat vermək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
İş zamanı texnikaya və ətraf ərazilərə zərər vermədən çalışmaq;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Müraciət qaydası
Namizədlər mövzu hissəsində vəzifənin adını göstərməklə “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
