Vakansiya haqqında
Gecə növbəsində çörəkçi vəzifəsi üçün xəmirin hazırlanması və bişirilməsi üzrə peşəkar namizəd axtarılır.
Vəzifənin təsviri
İş yeri: FBCO LLC, istehsalat laboratoriyası, Mərdəkan
Lokasiya: Bakı
Bu vəzifənin əsas məsuliyyəti xəmirin hazırlanması, çörəyin formaya salınması və bişirilməsidir.
İstehsalat sahəsində bütün növ çörək məmulatlarının texnoloji proseslərə uyğun hazırlanmasını təmin etmək.
Sifariş və təkliflərə əsasən yeni reseptlərin tərtibi və hazırlanmasını bacarmaq.
Müştərilərdən daxil olan şikayətləri araşdırmaq və səbəbinin aradan qaldırılmasını təmin etmək.
İstehsal olunan çörəklərin keyfiyyət göstəricilərinin sabit və standarta uyğun olmasına nəzarət etmək.
İstifadədə olan avadanlıqları düzgün istismar etmək və təmizliyinə nəzarət etmək.
İstehsal rəhbərinin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirmək.
İstehsal olunan məhsullar üçün xammalların resepturaya uyğun düzgün yığılmasını təmin etmək.
Çörəkçi köməkçilərinin işini daima nəzarətdə saxlamaq və onları verilən sifarişlər üzrə məhsulların hazırlanması üçün təlimatlandırmaq.
Tələblər
Çörəkçi sahəsi üzrə müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
Təhsil və iş təcrübəsi
Təhsil: Orta ixtisas təhsili arzuolunandır.
İş təcrübəsi: Çörəkçi vəzifəsində minimum 3 il iş təcrübəsi.
Peşəkar bacarıqlar və kompetensiyalar
Ünsiyyət bacarığı
Kollektivdə işləmə bacarığı
Stressə davamlılıq
Məsuliyyət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
