Vakansiya haqqında
Sağlam Ailə klinikası call center operatoru vakansiyası üzrə namizəd axtarır.
Namizədə tələblər
Ali və ya orta ixtisas təhsili, tibbi təhsil arzuolunandır;
İş təcrübəsi tələb olunmur;
Azərbaycan və rus dillərini mükəmməl bilməlidir;
Kompüterlə işləmə bacarığı olmalıdır;
Ünsiyyət bacarığı, məsuliyyət, məqsədyönlülük və stressə davamlılıq vacibdir.
Vəzifə öhdəlikləri
Pasiyentlərdən daxil olan zəngləri və mesajları qəbul etmək;
Sağlamlıq xidmətləri üçün klinikaya müraciət edən pasiyentlərin qeydiyyatını aparmaq;
Pasiyentlərə laborator, instrumental və aparat müayinələrinə hazırlıq qaydaları barədə məlumat vermək;
Həkim qəbulu üçün müvafiq proqramda yazılış aparmaq.
İş şəraiti
İş qrafiki: 6 gün, həftədə 40 saat;
Əmək haqqı müsahibənin nəticəsinə və namizədin bacarıq, təcrübəsinə əsasən müəyyən olunur.
Müraciət qaydası
Maraqlanan namizədlərdən CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində “Operator в call center” qeyd etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
