Vakansiya haqqında
KFC restoranlar şəbəkəsində Nəzarətçi vəzifəsi üzrə vakansiya elan olunur.
Namizədə tələblər
Orta ixtisas və ya ali təhsil;
Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq;
Komanda ilə işləmək bacarığı;
Güclü müşahidə qabiliyyəti, diqqət və məsuliyyət;
Dürüst, etibarlı və intizamlı olmaq;
Rəhbərliyin göstərişlərini vaxtında və düzgün yerinə yetirmək;
Stressli və fövqəladə vəziyyətlərdə operativ qərar vermək bacarığı;
AR SQ hərbi xidmət keçmiş namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən təhvil almaq və təhvil vermək;
Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
Videomüşahidə kameralarının, siqnalizasiya sisteminin və digər təhlükəsizlik avadanlıqlarının fasiləsiz işləməsinə nəzarət etmək;
Restoranda olan əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
Şübhəli halları vaxtında müəyyən edib rəhbərliyi məlumatlandırmaq;
Aşkar edilən pozuntular, qüsurlar və təhlükə yaradan vəziyyətlər barədə rəhbərliyə operativ məlumat vermək və ilkin tədbirlər görmək;
Münaqişəli halların qarşısını almaq, yaranan vəziyyətləri qanunvericiliyə və daxili qaydalara uyğun nəzarətdə saxlamaq;
Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, lazım olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
Fövqəladə hallar zamanı insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi xəbərdar etmək və gərəkli olduqda müvafiq operativ xidmətləri çağırmaq;
Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət etmək;
Növbə ərzində baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat vermək;
Rəhbərliyin tapşırıq və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: gecə növbəsi, növbəli;
Əmək haqqı: 660 AZN;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Nəzarətçi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
