Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Şirvan Aqro MMC

Sürünün idarə edilməsi üzrə mütəxəssis

ŞamaxıMənbə: Vezife.az

Vakansiya haqqında

Şamaxıda heyvandarlıq kompleksində sürünün idarə edilməsi üzrə mütəxəssis vakansiyası elan olunur. Əsas vəzifələr Sürünün idarə edilməsi sistemlərinin, elektron identifikasiya vasitələrinin, sensorların və bağlı avadanlıqların işini izləmək; Sürünün sağlamlıq, məhsuldarlıq və reproduktiv göstəricilərini sistemlər üzərindən nəzarətdə saxlamaq və təhlil etmək; Avadanlıqlarda yaranan nasazlıqları müəyyənləşdirmək və texniki xidmət prosesini əlaqələndirmək; Elektron məlumat bazalarının düzgün aparılmasını təmin etmək və müvafiq hesabatları hazırlamaq; Tövlələrdə heyvanların sağlamlıq durumuna, saxlanma şəraitinə və rifahına nəzarət etmək; Aşkar olunan məsələlər barədə aidiyyəti şəxsləri məlumatlandırmaq və proseslərin təkmilləşdirilməsi üçün təkliflər vermək. Namizədə tələblər Texniki, kənd təsərrüfatı, zootexniklik və ya müvafiq sahələr üzrə ali təhsil; Avtomatlaşdırılmış sistemlər və texnoloji avadanlıqlarla işləmək bacarığı; MS Excel və elektron məlumat bazaları ilə işləmə bacarığı; Analitik düşüncə, məsuliyyətlilik və problem həll etmə bacarığı; Heyvandarlıq və südçülük kompleksində iş təcrübəsi üstünlükdür. İş şəraiti İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sürünün idarə edilməsi üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.