Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Şirvan Aqro MMC

İT üzrə mütəxəssis

ŞamaxıMənbə: Vezife.az

Vakansiya haqqında

Şamaxıda İT üzrə mütəxəssis vakansiyasında “Şirvan Aqro” MMC heyvandarlıq kompleksində kompüter, şəbəkə və proqram təminatlarına texniki dəstək göstəriləcək. Əsas vəzifələr Kompüterlərin, printerlərin, serverlərin və şəbəkə avadanlıqlarının normal işləməsinə nəzarət etmək; İnternet bağlantısı, lokal şəbəkə və istifadəçi avadanlıqlarında yaranan texniki nasazlıqları aradan qaldırmaq; Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki dəstəyini təmin etmək; İstehsalat və idarəetmə sistemlərinin fasiləsiz işləməsi üçün texniki dəstək vermək; Məlumat təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və istifadəçi girişlərinə nəzarət proseslərində iştirak etmək; İT avadanlıqlarına xidmət göstərmək və müvafiq uçotu aparmaq. Namizədə tələblər İT və ya uyğun texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Kompüter avadanlıqları, əməliyyat sistemləri və şəbəkələr üzrə biliklər; Proqram təminatının quraşdırılması və texniki problemlərin həlli bacarığı; Məsuliyyətli, operativ və analitik düşüncə tərzi; İş təcrübəsi olan namizədlərə üstünlük verilir. İş şəraiti İş qrafiki: istehsalat proseslərinin xüsusiyyətlərinə uyğun iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən olunur; İş yeri: Şamaxı, Şirvan Aqro MMC. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.