Vakansiya haqqında
Şamaxıda satış proseslərinin təşkili üçün satış üzrə mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri
Süd və ət məhsullarının satış prosesini təşkil etmək və koordinasiya etmək;
Süd maşınlarının qəbulu, yüklənməsi və çəki ölçmələrinə nəzarət etmək;
Məhsulların təhvil-təslim aktlarını və digər müvafiq sənədləri hazırlamaq;
Gündəlik satış məlumatlarının qeydiyyatını aparmaq;
Satış hesabatlarını hazırlamaq və sənədləşmə işlərini həyata keçirmək;
Yeni müştərilərin cəlb olunmasına, məhsulların təqdimatına və satış imkanlarının genişləndirilməsinə dəstək vermək.
Namizədə tələblər
Ali təhsil;
MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və operativlik;
Güclü kommunikasiya və ünsiyyət bacarıqları;
Komandada işləmək və iş proseslərini koordinasiya etmək bacarığı;
Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti
İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
