Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SwissDent

Satınalma üzrə menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Satınalma üzrə menecer vakansiyası üzrə peşəkar iş imkanı təqdim olunur. İş barədə məlumat Satınalma meneceri olaraq sizdən satınalma prosesinin planlı şəkildə təşkili və idarə olunması, yerli və beynəlxalq bazar araşdırmasının aparılması, həmçinin logistika və gömrük işlərinin təşkilinə və bilavasitə icrasına nəzarət tələb olunur. Vəzifəyə təchizatçılar, partnyorlar və müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması, danışıqların aparılması və həmin əlaqələrin nəzarətdə saxlanılması da daxildir. Əlavə olaraq, stokun idarə edilməsi, mal-materialların keyfiyyətinə və saxlanılmasına nəzarət, müvafiq qayda və standartlara uyğunluğun təmin edilməsi, proses səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması gözlənilir. Fəaliyyətlə bağlı periodik hesabatların hazırlanması tələb olunur. İş qrafiki 6 günlükdür. Namizədə tələblər Ali iqtisadi təhsil Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi MS Office proqramlarında, o cümlədən Excel, Word, PowerPoint, Outlook və 1C-də sərbəst işləmə bacarığı Azərbaycan, rus və ingilis dillərində sərbəst səviyyədə bilik Müvafiq qanunvericilik üzrə bilik Kargüzarlıq qaydaları barədə bilik və təcrübə Ezamiyyətlərə getmək imkanı Təqdimat, ünsiyyət, işgüzar danışıq və yazışma bacarıqları Analitik düşüncə, təşkilatçılıq və proaktiv yanaşma Müraciət qaydası Maraqlanan şəxslər mövzu hissəsində “Satınalma üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.