Vakansiya haqqında
Java backend və mikroservis arxitekturası sahəsində təcrübəli aparıcı mütəxəssis axtarılır.
Vəzifələr
Java (11/17/21) və Spring Boot texnologiyalarından istifadə etməklə yüksək yüklü backend həllərinin layihələndirilməsi və hazırlanması;
Mikroservis arxitekturasının qurulması, texniki qərarların verilməsi və arxitektura standartlarının müəyyənləşdirilməsi;
REST API-ların hazırlanması, versiyalaşdırılması və performansının yaxşılaşdırılması;
Sistemlərin miqyaslana bilməsi, etibarlılığı və təhlükəsizliyinin təmin olunması;
PostgreSQL və Oracle verilənlər bazaları ilə işləmək, sorğuların optimallaşdırılması;
RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklərin tətbiqi;
Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyaların qurulması;
Code Review proseslərinin aparılması, Clean Code prinsiplərinin və Best Practices yanaşmasının komandada tətbiqinin təmin edilməsi.
Tələblər
Ali təhsil; İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üstünlükdür;
Backend proqram təminatının hazırlanması sahəsində minimum 2–5 il iş təcrübəsi;
Java Core və Spring Boot üzrə dərin biliklər;
Hibernate/JPA ilə işləmək və verilənlər bazası performansını optimallaşdırmaq təcrübəsi;
Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə;
Əlaqəli verilənlər bazaları, xüsusilə PostgreSQL və Oracle üzrə dərin biliklər;
Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə işləmə təcrübəsi;
Maven və ya Gradle build alətləri ilə işləmə təcrübəsi;
Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər;
System Design prinsipləri və yüksək yüklü sistemlər üzrə təcrübə;
Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür;
API Gateway həlləri, məsələn Gravitee və ya oxşar platformalarla iş təcrübəsi üstünlükdür;
Camunda (BPMN) platformasında biznes proseslərinin avtomatlaşdırılması üzrə təcrübə üstünlükdür;
Docker və konteyner orkestrasiya platformaları barədə biliklər üstünlükdür;
Monitoring və Observability alətləri, o cümlədən Prometheus, Grafana, ELK ilə işləmə təcrübəsi üstünlükdür;
Agentic AI alətlərindən və funksiyalarından (Agents, MCP, Hooks, Rules, Skills, Commands və s.) effektiv istifadə bacarığı.
Şəxsi bacarıqlar
Komandaya texniki rəhbərlik və mentorluq etmək bacarığı;
Mürəkkəb texniki problemləri həll etmək və düzgün texniki qərarlar qəbul etmək bacarığı;
Komanda daxilində və müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq və ünsiyyət bacarığı;
Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünü təşkil etmə bacarığı;
Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və bilikləri komanda ilə bölüşməyə yüksək motivasiya.
Vakansiya növü
Tam ştat
Müraciət qaydası
Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər. Vakansiya Bakı üçün nəzərdə tutulub.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
