Vakansiya haqqında
Bakıda dispetçer vakansiyası üzrə GPS izləmə, reyslərin qeydiyyatı və aylıq hesabatların hazırlanması işləri vəzifə fəaliyyətlərinə daxildir.
Vəzifə öhdəlikləri
Nəqliyyat vasitələrinə GPS izləmə proqramı vasitəsilə nəzarət etmək.
Sürücülərin reyslərini qaimələr əsasında MC Excell proqramında qeydiyyata almaq.
Sürücülərin reyslərini qaimələr əsasında 1C proqramında qeydiyyata almaq.
Dizel qaimələrini MC Excell proqramına əlavə etmək.
Ayın sonunda hesabatları təqdim etmək.
Tələblər
MS Excel və 1C proqramlarında sərbəst işləmək bacarığı.
Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür.
Yüksək ünsiyyət bacarığı.
Qərarvermə və təşkilatçılıq bacarığı.
Komanda ruhu və əməkdaşlıq bacarığı.
İş rejimi
Həftə içi 5 iş günü.
Şirkət tərəfindən korporativ nömrə ilə təmin edilmə.
Azərbaycan Respublikasının ƏM-nə uyğun sənədləşmə.
Əmək haqqı: 400 manat + bonus.
Müraciət qaydası
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını e-mailin mövzu hissəsində “Dispetçer” şəklində göstərməyiniz xahiş olunur. Əks halda müraciətə baxılmaya bilər. Yalnız seçilmiş namizədlərlə işə qəbul prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
