Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kristal

Daşınmaz əmlak üzrə agent

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Daşınmaz əmlak üzrə agent axtarılır - vəzifə aktiv satış, müştəri cəlbi, əmlak portfeli və danışıqların idarə edilməsini əhatə edir. Vəzifə öhdəlikləri Sahədə işləməyə və layihə, eləcə də binalara mütəmadi səfərlər etməyə hazır olmaq; Mülkiyyətçilərlə əlaqə quraraq satmaq və ya kirayə vermək istədikləri əmlakları müəyyənləşdirmək və portfelə cəlb etmək; Potensial alıcı və kirayəçiləri araşdırmaq və cəlb etmək; Əmlak sahibi ilə potensial alıcı və ya kirayəçi arasında əlaqə yaratmaq, görüş və baxışları təşkil etmək; Şirkəti müştərilər qarşısında peşəkar şəkildə təmsil etmək; Qiymət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Müştərinin ehtiyacını düzgün müəyyənləşdirərək uyğun təklif təqdim etmək; Yeni əlaqələr qurmaq və potensial müştəriləri aktiv şəkildə araşdırıb tapmaq; Telefon danışıqları və üzbəüz görüşlər vasitəsilə aktiv satış aparmaq; Danışıqları və müştəri münasibətlərini sövdələşmə bağlanana qədər davamlı izləmək; Məlumat toplamaq, sistemləşdirmək və müştəri bazası formalaşdırmaq. Tələblər Ali təhsil; Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi üstünlükdür; Yüksək ünsiyyət və insanlarla tez əlaqə qurmaq qabiliyyəti; Aktiv satış və müştəri cəlb etmə bacarığı; Çevik, enerjili, məsuliyyətli və məqsədyönlü olmaq; Əmlak, maklerlik, aktiv satış və ya müştəri cəlbi sahəsində iş təcrübəsi üstünlükdür; Nəticə və satış yönümlü olmaq, təşəbbüskarlıq göstərmək. İş şəraiti 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Müraciət qaydası Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Daşınmaz əmlak üzrə agent” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.