Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

JYSK

Yükləyici – anbar əməkdaşı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

JYSK komandası üçün məsuliyyətli, çevik və fiziki cəhətdən aktiv yükləyici – anbar əməkdaşı axtarılır. Vəzifə öhdəlikləri JYSK-in logistika və anbar komandası mağazalara və onlayn sifarişlərə malların vaxtında, düzgün və səmərəli çatdırılmasında əsas rol oynayır. Bu vəzifədə siz anbar proseslərinin düzgün icrasına və mal dövriyyəsinin səliqəli idarə olunmasına dəstək verəcəksiniz. Təchizat maşınlarının boşaldılması və yüklərin qəbulunda iştirak etmək; Malların çeşidlənməsi, sayılması və müşayiətedici sənədlərlə uyğunluğunun yoxlanılması; Qəbul olunan malları müəyyən edilmiş qaydalara uyğun şəkildə anbara yerləşdirmək; Anbara daxil olan və anbardan çıxan malların hərəkətinə nəzarət etmək; Malların təhlükəsiz və effektiv yerləşdirilməsini təmin etmək; Satış komandalarının sorğuları əsasında tələb olunan məhsulları tez bir zamanda tapıb təqdim etmək; Anbar daxilində səliqə-sahmanı və iş zonasının düzgün təşkilini qorumaq; Anbar ehtiyatlarının düzgün idarə olunmasına dəstək göstərmək; İnventarizasiya və digər anbar əməliyyatlarında iştirak etmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək. Tələblər Fiziki cəhətdən sağlam və aktiv olmaq; Məsuliyyətli və intizamlı olmaq; Operativ və diqqətli işləmək bacarığına malik olmaq; Komanda ilə işləməyi bacarmaq; Anbar və ya logistika sahəsində əvvəlki iş təcrübəsi üstünlük hesab olunur, lakin məcburi deyil. Təhlükəsizlik və iş mühiti JYSK-də təhlükəsizlik prioritet məsələlərdəndir. Əməkdaşlara iş təhlükəsizliyi və erqonomik iş üsulları ilə bağlı müvafiq təlimatlar verilir. Biz nə təklif edirik? Əmək haqqı: 650 AZN + bonus; İş qrafiki: növbəli, 6 günlük iş həftəsi; İş yeri: JYSK (Yeni Yasamal və Crescent Mall filialları); Stabil və beynəlxalq şirkətdə çalışma imkanı, karyera yüksəlişi; Peşəkar və komanda yönümlü iş mühiti. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Yükləyici – Anbar əməkdaşı” (Yasamal yaxud Crescent mall) qeyd olunmalıdır. JYSK komandasına qoşulun və birlikdə daha güclü nəticələr yaradaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.