Vakansiya haqqında
Tikinti sahəsində sahə rəisi vəzifəsi üzrə iş imkanı təqdim olunur.
Əsas vəzifə öhdəlikləri
Tikinti sahəsində aparılan işlərin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
İşçi heyətinin və subpodratçıların işini əlaqələndirmək;
Gündəlik iş planlarını hazırlamaq və onların icrasını izləmək;
Tikinti işlərində keyfiyyətə, təhlükəsizlik qaydalarına və əmək mühafizəsi tələblərinə əməl olunmasını təmin etmək;
Material, texnika və işçi qüvvəsindən səmərəli istifadənin təşkili ilə məşğul olmaq;
Görülən işlər üzrə hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Layihə qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasına nəzarət etmək.
Əsas tələblər
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Sahə rəisi kimi minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, eləcə də layihə sənədləri ilə işləmək bacarığı;
AutoCAD və Microsoft Office proqramlarında işləmə bacarığı;
Tikinti proseslərinin planlaşdırılması və idarə olunması üzrə biliklər;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri
İş məkanı: Azure Biznes Mərkəzi;
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə;
İş rejimi: 5 gün, həftəiçi;
Nahar: Təmin edilir;
Servis xidməti: Mövcuddur.
Müraciət qaydası
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə, CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
