Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Prior Leasing

Rəqəmsal marketinq üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Rəqəmsal marketinq sahəsində təcrübəsi olan mütəxəssis axtarılır. Namizədə tələblər Ali təhsilin olması; Digital marketinq sahəsində ən azı 1 il iş təcrübəsi; Google Ads və Meta Ads reklam kampaniyalarını idarə etmək bacarığı, həmçinin Google Analytics 4 vasitəsilə nəticələri təhlil etmək bacarığı; Lead generation və sosial media idarəçiliyi üzrə biliklər; SEO və rəqəmsal marketinq alətləri barədə ilkin biliklər; Azərbaycan dilində mükəmməl, ingilis dilində yaxşı səviyyədə bilik; Regionlara ezamiyyətə getməyə hazır olmaq. Vəzifə öhdəlikləri Şirkətin digital marketinq strategiyasını hazırlamaq və rəhbərliklə razılaşdırılmış illik və aylıq planlara uyğun icra etmək; Google Ads (Search, Display, YouTube) və Meta Ads (Facebook, Instagram) platformalarında kampaniyaları qurmaq, idarə etmək və optimallaşdırmaq; Traktor, kombayn, aqreqat və digər texnikalar üzrə məhsul əsaslı və mövsümi (əkin, biçin) kampaniyaları planlaşdırmaq; Lizinq, subsidiya və xüsusi təkliflər üzrə lead toplama kampaniyaları təşkil etmək; Reklamlardan gələn müraciətlərin CRM sisteminə (Bitrix24) düzgün ötürülməsinə nəzarət etmək və satış komandası ilə birlikdə lead keyfiyyətini izləmək; Reklam büdcəsini planlamaq, xərcləri nəzarətdə saxlamaq və büdcəni ən səmərəli kanallar üzrə bölüşdürmək; Google Analytics 4, Google Tag Manager və Meta Pixel vasitəsilə sayt trafiki, istifadəçi davranışı və konversiyaları izləmək; Kampaniyaların nəticələri üzrə həftəlik və aylıq hesabatlar hazırlamaq: CTR, CPC, CPL, ROAS və konversiya göstəriciləri; Saytın SEO performansını izləmək və axtarış sistemlərində mövqelərin yaxşılaşdırılması üçün təkliflər vermək; Sosial media hesablarının strategiyasını müəyyənləşdirmək və kontent planının icrasına nəzarət etmək; Kopirayter, dizayner və videoqrafla birlikdə reklam mətnləri və vizualların hazırlanmasını koordinasiya etmək; A/B testlər aparmaq və nəticələrə əsasən kampaniyaları təkmilləşdirmək; E-poçt, SMS və WhatsApp vasitəsilə müştəri yönümlü kampaniyalar həyata keçirmək; Sərgi, festival və regional tədbirlərin digital təbliğatını aparmaq; Rəqib şirkətlərin digital fəaliyyətini və bazar tendensiyalarını mütəmadi təhlil etmək; Yeni digital alətləri və imkanları araşdırmaq, şirkətdə tətbiqi ilə bağlı təkliflər vermək. İş şərtləri Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: tam iş günü, 5 gün; İş saatları: 08:30-17:30; Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi, 1-ci bina, 3-cü mərtəbə. Müraciət qaydası Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazmaqla Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər və ya bu link vasitəsilə müraciət etsinlər. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.