Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABV

Satış üzrə operator

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Satış üzrə operator vəzifəsi üzrə sifarişlərin qeydiyyatı, emalı və hesabatların hazırlanması ilə bağlı iş imkanı təqdim olunur. Vəzifə öhdəlikləri Daxil olan sifarişləri qeydiyyata almaq və onları müvafiq sistemə daxil etmək; Elektron sifarişlərin qəbulunu, emalını və icra mərhələsini izləmək; Sifarişlərlə bağlı daxil olan məlumatları dəqiqləşdirmək üçün satış nöqtələri ilə əlaqə saxlamaq və sifarişlərin vaxtında, düzgün icrasını təmin etmək; Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək; Şirkətlə əməkdaşlıq edən satış nöqtələri və müştərilər üzrə məlumat bazasını formalaşdırmaq, mütəmadi yeniləmək və məlumatların dəqiqliyini qorumaq; Sifarişlərin icrası zamanı yaranan sual və problemləri aidiyyəti şəxslərlə koordinasiya etmək; Satış proseslərinin səmərəli təşkili və məlumat mübadiləsinin təmin edilməsi üçün müvafiq şöbələrlə əməkdaşlıq etmək; Tərəfdaşlar və müştərilər üçün təşkil olunan tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək. Namizədə dair tələblər Orta ixtisas və ya ali təhsil; Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ya ingilis dili bilikləri üstünlükdür; Yüksək ünsiyyət və təqdimat bacarıqları; Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı; Məlumatlarla işləmək, sifarişləri sistemləşdirmək və hesabat hazırlamaq bacarığı; Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma; Aktiv, təşəbbüskar və nəticəyönümlü iş yanaşması; Komandada işləmək və iş proseslərini effektiv şəkildə koordinasiya etmək bacarığı. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə Operator” yazmaqla göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.