Vakansiya haqqında
Mexanika üzrə təcrübə proqramı ilə karyerasına başlamaq istəyən namizədlər üçün praktik inkişaf imkanı təqdim olunur.
Mexanika üzrə Təcrübə Proqramı
Korporativ sosial məsuliyyət öhdəliyimiz çərçivəsində yerli kadr potensialının gücləndirilməsi və peşəkar inkişafın dəstəklənməsi məqsədilə Mexanika üzrə Təcrübə Proqramı elan olunur.
Mexanika mühəndisliyi sahəsində karyera qurmaq istəyən namizədlər üçün nəzərdə tutulan bu proqramda peşəkar təlimçilər tərəfindən 2 aylıq ixtisaslaşmış təlim keçirilməsi planlaşdırılır. Proqram iştirakçıları təcrübə dövründə şirkətdə tam ştat əsaslarla çalışacaq və əməkhaqqı ilə təmin olunacaqlar.
Proqramı uğurla tamamlayan iştirakçılar layihələrimizə cəlb edilərək praktiki təcrübə qazanmaq, bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı əldə edəcəklər.
Mexanika mühəndisliyi sahəsində ilk addımını atmaq və peşəkar inkişaf yoluna başlamaq istəyən hər kəsi bu Bakı üzrə təcrübə proqramına müraciət etməyə dəvət edirik.
Namizədlərə dair tələblər
Mexanika mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə yeni məzunlara üstünlük verilir.
Mexanika mühəndisliyi sahəsində karyera qurmağa və peşəkar inkişaf etməyə həvəsli olmaq.
Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə açıq olmaq.
Komandada işləmək bacarığına malik olmaq.
Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq.
2 aylıq təlim proqramında tam iştirak etmək və tam ştatlı iş rejiminə hazır olmaq.
Beynəlxalq təcrübəyə sahib şirkətin layihələrində praktiki təcrübə qazanmağa və uzunmüddətli peşəkar inkişafa maraq göstərmək.
İngilis dili biliyi üstünlükdür.
Proqramın üstünlükləri
Peşəkar təlimçilər tərəfindən 2 aylıq ixtisaslaşmış təlim.
Təcrübə müddətində əməkhaqqı ilə təmin olunma.
Şirkətin layihələrində praktiki iş təcrübəsi qazanmaq imkanı.
Peşəkar inkişaf və karyeraya başlamaq fürsəti.
Tam rəsmi işəqəbul prosesi.
Müraciət qaydası
Qeyd: “Mexanika üzrə Təcrübə Proqramı” tam ştat proqram olaraq nəzərdə tutulmuşdur və standart iş saatlarında fəaliyyət göstərəcəkdir.
Maraqlanan namizədlər Azərbaycan və ya ingilis dillərində CV-lərini mövzu hissəsində “Mexanika üzrə Təcrübə Proqramı” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
