Vakansiya haqqında
"Azerbaijan Automobiles" şirkəti AI (süni intellekt) kontent üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri
AI alətləri ilə sosial media və reklam kampaniyaları üçün şəkil, video və digər kontentlərin hazırlanması.
Verilən ideya və briflərə əsasən uyğun promptların yazılması, nəticələrin təkmilləşdirilməsi və istifadəyə hazır vəziyyətə gətirilməsi.
Məhsul şəkilləri əsasında fərqli fonlar, səhnələr, animasiyalar və kreativ konseptlərin yaradılması.
Hazırlanan materiallarda avtomobil modelinin, proporsiyaların, loqoların və digər vacib detalların düzgün qorunması.
AI ilə hazırlanmış materialların ilkin montajının aparılması, səs, subtitr və format uyğunlaşdırılmasının həyata keçirilməsi.
Yeni AI alətlərinin və trendlərin izlənməsi, komandada tətbiq oluna biləcək həllərin təklif edilməsi.
Marketinq və kontent komandası ilə birlikdə ideyaların hazırlanması və operativ icrası.
İş qrafiki: həftə içi 6 gün.
İş yeri: Bakı.
Namizədə tələblər
Ali təhsil.
AI ilə şəkil və video yaratmaq sahəsində praktik təcrübə.
Şəkil yaratma alətləri ilə işləmək bacarığı: Midjourney, ChatGPT, Adobe Firefly və ya alternativlər.
Video yaratma alətləri ilə işləmək bacarığı: Runway, Kling, Veo və ya alternativlər.
Prompt yazmaq, referanslarla işləmək və ardıcıl vizual nəticələr əldə etmək bacarığı.
Vizual zövq, kompozisiya və sosial media kontent formatları barədə anlayış.
CapCut və ya oxşar proqramlarda baza montaj bacarığı.
Portfolionun təqdim olunması: namizədin AI vasitəsilə hazırladığı şəkil və video işləri seçim zamanı əsas qiymətləndirmə meyarlarından biri olacaq.
Yeni alətləri sürətlə öyrənmək, detallara diqqət yetirmək və son tarixlərə riayət etmək.
Müraciət qaydası
Maraqlanan şəxslərdən CV formalarını mövzu hissəsində “AI Kontent üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələb olunan şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
