Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Gabala Hospitality Group

Sosial media meneceri

QəbələMənbə: Vezife.az

Vakansiya haqqında

Qəbələdə fəaliyyət göstərən biznes vahidlərinin sosial media fəaliyyətlərinin planlaşdırılması, idarə edilməsi və inkişafı üçün Sosial Media Meneceri axtarılır. Vəzifə öhdəlikləri Qrup daxilində müxtəlif biznes vahidləri üçün sosial media strategiyasını hazırlamaq və tətbiq etmək; Aylıq, həftəlik və kampaniya əsaslı kontent planlarını tərtib etmək; Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və uyğun digər platformaları idarə etmək; Brend, digital, sosial media, PR, content və digər marketinq istiqamətlərinin bir-biri ilə uzlaşmasını təmin etmək; Post, Reels, Stories, Shorts və digər formatlar üçün kontent ideyaları hazırlamaq; Kontent istehsalı zamanı videoqraf, dizayner, fotoqraf və digər yaradıcı komanda üzvləri ilə koordinasiyanı qurmaq; Brend tonu, vizual üslub və kommunikasiya qaydalarına uyğun mətnlər hazırlamaq; Kampaniyalar üçün sosial media kommunikasiya planını formalaşdırmaq; Sosial media platformalarında gündəlik aktivliyi və aktual mövzuları izləmək; Şərhləri, mesajları və istifadəçi reaksiyalarını aidiyyəti üzrə yönləndirmək və idarə etmək; Sosial media hesablarını daima aktual saxlamaq; Vacib kampaniya, tədbir və layihələrin sosial mediada vaxtında və düzgün təqdim olunmasını təmin etmək; Sosial media trendlərini izləmək və uyğun olanları brendə uyğunlaşdırmaq; Rəqiblərin və bazardakı digər brendlərin sosial media fəaliyyətlərini izləmək; Kontent nəticələrini təhlil etmək və nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq; Sosial media hesabatları hazırlamaq; Engagement, reach, impressions, follower growth, video views, CTR və digər əsas göstəriciləri izləmək; Paid social media kampaniyaları ilə bağlı aidiyyəti komanda və ya agentliklə koordinasiya aparmaq; Kampaniya müddətində operativ şəkildə real-time kontent hazırlamaq və paylaşmaq; Ehtiyac olduqda çəkilişlərdə, tədbirlərdə və müxtəlif lokasiyalarda iştirak etmək. Tələblər Sosial media idarəçiliyi üzrə praktiki təcrübə; Instagram, Facebook, TikTok, YouTube və digər platformaların iş prinsipini bilmək; Kontent planlaşdırma və kontent strategiyası hazırlama bacarığı; Copywriting və caption hazırlama bacarığı; Sosial media trendlərini izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı; Analitik düşüncə; Sosial media statistikasını oxumaq və nəticə çıxarmaq bacarığı; Meta Business Suite və digər sosial media idarəetmə alətləri ilə işləmək bacarığı; Basic Canva, CapCut və ya digər sadə kontent hazırlama proqramları ilə işləmək bacarığı; Güclü Azərbaycan dili; İngilis və rus dili biliyi üstünlükdür; Komanda ilə işləmək bacarığı. Biz nə təklif edirik? Qəbələ regionunun aparıcı hotel və turizm şirkətlərindən birində rəhbər vəzifədə karyera imkanı; GHG üzrə sosial media əməliyyatlarına rəhbərlik etməklə geniş peşəkar məsuliyyət və inkişaf imkanı; GHG-nin formalaşmış sosial media standartlarının daha da inkişaf etdirilməsində və ümumi sosial media strategiyasının həyata keçirilməsində iştirak imkanı; Təcrübə və ideyalarınızı Qrup Marketinq Direktoru və peşəkar marketinq komandası ilə birlikdə reallaşdırmaq imkanı; Beynəlxalq sosial media təcrübəsinin mövcud sistemə uyğun şəkildə tətbiqinə töhfə vermək imkanı; GHG daxilində uzunmüddətli karyera və peşəkar inkişaf imkanları; Vəzifə və namizədin təcrübəsinə uyğun rəqabətli əmək haqqı və şirkət tərəfindən müəyyən edilmiş digər iş üstünlükləri, sosial təminatlar. CV-lərinizi subject hissəsində “Sosial Media Meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.