Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azerbaijan Automobiles

Marketinq və kommunikasiya üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

"Azerbaijan Automobiles" şirkəti marketinq və kommunikasiya üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri Brendlər üzrə marketinq kampaniyalarının planlanması və həyata keçirilməsində iştirak etmək. Gündəlik marketinq tapşırıqlarını əlaqələndirmək, işlərin vaxtında və keyfiyyətli tamamlanmasına nəzarət etmək. Sosial media üçün kontent ideyaları, brendə və trendlərə uyğun mövzular, qısa video ssenariləri və mətnlər hazırlamaq. Foto və video çəkilişlərinin təşkilinə dəstək vermək: avtomobilin və məkanın hazırlanması, çəkiliş planı və iştirakçıların koordinasiyası. Lazım gəldikdə telefonla operativ story, backstage və sadə qısa videolar çəkmək, ilkin montaj etmək. Dizayner və videoqraf üçün aydın briflər hazırlamaq, materialların hazırlanma prosesini və düzəlişləri izləmək. Şourum tədbirləri, təqdimatlar, test-drive və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək. İnfluenserlər, tərəfdaşlar və təchizatçılarla gündəlik koordinasiyanı aparmaq. Rəqiblərin kampaniyalarını və sosial media fəaliyyətini izləyərək yeni ideya və təkliflər vermək. Görülmüş işlər və kampaniya nəticələri üzrə qısa hesabatlar hazırlamaq. İş qrafiki: həftə içi 6 gün. İş ünvanı: Bakı şəh., Babək prospekti. Namizədə tələblər Ali təhsil (aidiyyəti ixtisas üzrə). Marketinq, kommunikasiya və ya əlaqəli sahədə minimum 1 il praktiki təcrübə. Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; ingilis dili biliyi üstünlük sayılır. Instagram və TikTok formatları, Reels və sosial media trendləri barədə anlayış. Süni intellekt alətləri ilə baza səviyyəsində işləmək bacarığı. MS Office bilikləri, qrafik dizayner sahəsi üzrə müvafiq proqram bilikləri və peşəkar istifadə, həmçinin ofis avadanlıqlarından sərbəst istifadə bacarığı. Eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və son tarixlərə riayət etmək. Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı. Avtomobil sahəsinə maraq; bu sektorda təcrübə üstünlükdür. İşdə dəqiq, məsuliyyətli və dürüst olmaq. Seçim zamanı xüsusi diqqət ediləcək məqamlar Təşəbbüskarlıq: tapşırıq gözləmədən ideyalar irəli sürmək, problemlərə həll təklif etmək və proaktiv yanaşma göstərmək. Aktiv iştirak: şourumda, çəkiliş proseslərində və tədbirlərdə fəal olmağa hazır olmaq. Məsuliyyət və nəticəyönümlülük: tapşırığı qəbul etdikdən sonra icra prosesini izləmək, maneələr barədə vaxtında məlumat vermək və işi nəticəyədək çatdırmaq. Vizual baxış və praktiki bacarıqlar: kontentə estetik və yaradıcı yanaşmaq, vizual detalları düzgün dəyərləndirmək və praktik çəkiliş bacarıqlarına malik olmaq. Müraciət qaydası Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Marketinq və kommunikasiya üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər. Yalnız tələblərə uyğun namizədlərlə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.