Vakansiya haqqında
“UPS Construction” MMC rəqəmsal marketinq mütəxəssisi vakansiyası üzrə müraciətləri qəbul edir.
Vəzifə öhdəlikləri
Rəqəmsal marketinq fəaliyyətlərinin planlaşdırılması, icrası və nəticələrinin təhlil edilməsi.
Meta Ads və Google Ads kampaniyalarının qurulması, optimallaşdırılması, büdcəyə nəzarət və effektivliyin artırılması.
Saytın texniki və məzmun SEO-su, açar söz araşdırması, rəqib analizi, GEO (Generative Engine Optimization) və AI axtarış sistemlərində görünürlüğün artırılması.
Google Analytics 4, Google Search Console, Google Tag Manager və reklam platformalarından əldə edilən məlumatlara əsasən hesabatların hazırlanması, KPI-ların izlənməsi.
ChatGPT, Gemini, Claude və digər AI alətlərindən kontent hazırlanması, araşdırma, marketinq analitikası, avtomatlaşdırma və iş proseslərinin optimallaşdırılmasında istifadə.
SMM, dizayn və digər marketinq agentliklərinin fəaliyyətinin koordinasiya edilməsi, tapşırıqların verilməsi, icra müddəti və keyfiyyətə nəzarət.
B2B lead generation prosesinin idarə olunması, müraciətlərin keyfiyyətinin qiymətləndirilməsi və satış komandası ilə koordinasiya.
Aylıq marketinq hesabatlarının, nəticə analizlərinin və növbəti dövr üçün təkmilləşdirmə təkliflərinin hazırlanması.
Namizədə tələblər
Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi.
Meta Ads Manager və Google Ads platformalarında praktiki biliklər.
SEO prinsipləri, keyword research, on-page və technical SEO üzrə biliklər.
GEO və generativ süni intellekt axtarış sistemlərində görünürlük prinsiplərini anlamaq.
GA4, Google Search Console və Google Tag Manager ilə işləmək bacarığı.
ChatGPT, Gemini, Claude və digər süni intellekt alətlərindən sərbəst və məqsədyönlü istifadə bacarığı.
Marketinq agentlikləri ilə işləmək, tapşırıqları düzgün formalaşdırmaq və nəticələri qiymətləndirmək bacarığı.
Analitik düşüncə, məlumatlarla işləmək və nəticə yönümlü qərarlar qəbul etmək bacarığı.
Güclü kommunikasiya, planlaşdırma və koordinasiya bacarıqları.
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, ingilis dili biliyi isə üstünlükdür.
Üstünlüklər
B2B və sənaye marketinqi sahəsində təcrübə.
CRM sistemləri ilə işləmək və lead-lərin izlənməsi təcrübəsi.
Conversion tracking, remarketing, A/B testing və konversiya optimallaşdırılması üzrə biliklər.
AI əsaslı kontent, vizual və video istehsalı alətləri ilə praktiki təcrübə.
Marketinq avtomatlaşdırılması və hesabatların optimallaşdırılması bacarığı.
İş şəraiti
Bazar ertəsi - Cümə, 09:00 - 18:00
CV-nizi mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
