Vakansiya haqqında
Laboratoriya, elmi tədqiqat və sənaye sahələri üçün kimyəvi məhsulların satışında təcrübəli, ünsiyyətcil səyyar korporativ satış nümayəndəsi axtarılır.
Əsas vəzifələr
Elmi tədqiqat institutları, universitetlər və laboratoriyalara baş çəkərək şirkətin məhsullarını təqdim etmək.
Yuyucu vasitələr istehsal edən şirkətlər, zavodlar və kimyəvi xammal istifadə edən müəssisələrlə görüşlər keçirmək.
Müştərilərin ehtiyaclarını və alış həcmlərini müəyyənləşdirmək, sorğu və sifarişləri toplamaq.
Yeni müəssisələri araşdırmaq, satınalma və istehsalat üzrə məsul şəxslərlə əlaqə yaratmaq.
Kommersiya təkliflərini təqdim etmək, qiymət və satış şərtləri üzrə danışıqlar aparmaq, satışı tamamlamak.
Mövcud müştərilərlə əlaqəni davam etdirmək və təkrar sifarişlərin alınmasına çalışmaq.
Şirkətin saytı və məhsul siyahısındakı məlumatlar əsasında satış kataloqunun hazırlanmasında iştirak etmək.
Gündəlik görüşləri planlaşdırmaq, görüş və satış nəticələri barədə qısa hesabat vermək.
Namizədə tələblər
Ərazidə aktiv satış və müəssisələrlə üzbəüz danışıqlar üzrə təcrübə.
Səlis nitq, güclü təqdimat, inandırma və müştəri etirazlarını cavablandırmaq bacarığı.
Müstəqil müştəri axtarışı aparmaq və danışıqları real sifarişə çevirmək bacarığı.
Təşəbbüskarlıq, məsuliyyət və nəticəyə yönəlmiş iş tərzi.
Məhsulları və onların istifadə sahələrini öyrənməyə hazır olmaq.
Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dili biliyi üstünlükdür.
Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması üstünlükdür.
Kimya üzrə təhsil məcburi deyil. Laboratoriya məhsulları, sənaye malları və ya xammal satışı təcrübəsi, eləcə də müəssisələrlə mövcud əlaqələr üstünlük hesab olunur.
Əməkhaqqı: Təcrübəyə uyğun sabit maaş və satış nəticələrinə əsaslanan bonus. Ərazidə iş və nəqliyyat xərcləri ilə bağlı şərtlər müsahibə zamanı razılaşdırılacaq.
Namizədlər CV-lərini, daha əvvəl satdıqları məhsullar və ərazidə satış təcrübələri barədə qısa məlumatı Müraciət et düyməsində göstərilən elektron poçt vasitəsilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
