Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

VLand Systems MMC

Anbar meneceri

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

Sumqayıt şəhərində anbar meneceri vakansiyası üzrə müraciətlər qəbul olunur. Vəzifə öhdəlikləri VLand Systems MMC-də (əvvəlki adı ilə “STP Metal Structures” MMC) anbar əməliyyatlarının düzgün idarə olunması üçün aşağıdakı işlər icra ediləcək: Yanacaq, xammal, yarımfabrikat, hazır məhsul, detal, alət və digər material qiymətlilərinin müəssisədaxili qaydalara uyğun qəbulu, saxlanması və anbardan verilməsinə nəzarət etmək; Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP sistemində, həm də kağız daşıyıcılarda düzgün rəsmiləşdirilməsini təmin etmək və bu prosesə nəzarət etmək; Qəbul edilən məhsul və materialların müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq, sifarişlərə əsasən komplektləşdirilməsinə nəzarət etmək; Minimal anbar qalıqlarını, yəni yenidən sifariş nöqtələrini müəyyənləşdirmək və ehtiyatların həmin həddən aşağı düşməməsinə nəzarət etmək; Anbarda SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək, yanğınsöndürmə vasitələrinin, yanğından mühafizə sisteminin, avadanlıq və inventarın saz vəziyyətini və vaxtında təmirini izləmək; Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək və nəzarətdə saxlamaq; Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin etmək; Daxili əmrlər əsasında əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək; Nasaz alət və cihazlar üzrə qüsur cədvəllərinin, onların təmiri və silinməsi ilə bağlı sənədlərin, eləcə də material çatışmazlığı və korlanması aktlarının düzgün hazırlanmasına nəzarət etmək; Anbar işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər görmək; Anbar proseslərinin səmərəli təşkili üçün prosedur və qaydalar hazırlamaq; Şirkət rəhbərliyinə müntəzəm hesabatlar və təkmilləşdirmə təklifləri təqdim etmək. Tələblər Ali və ya orta ixtisas təhsili, müvafiq sahə üzrə təhsil üstünlükdür; Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi; ERP sistemlərində, o cümlədən 1C, Logo Tiger, Odoo və s. ilə iş təcrübəsi; Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı; Effektiv qərarvermə qabiliyyəti; Komandanı idarə etmək, heyəti motivasiya etmək və yönləndirmək bacarığı; Fərdi və komanda şəklində işləmək, ünsiyyət və planlama bacarıqları; Diqqətlilik, məsuliyyətlilik və operativlik. İş şərtləri 5 günlük iş qrafiki; İş yeri: Sumqayıt şəhəri; Könüllü tibbi sığorta; Korporativ nömrə; Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur; Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək. Müraciət qaydası Tələblərə uyğun namizədlər öz CV formalarını Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Anbar meneceri” yazılması xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət ediləcək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.