Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Eden Agro MMC

Satış üzrə kiçik mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Eden Agro MMC satış üzrə kiçik mütəxəssis axtarır. İş şəraiti İşəgötürən: Eden Agro MMC Struktur: Kommersiya, Satış və Marketinq departamenti Birbaşa rəhbər: Kommersiya, Satış və Marketinq departamentinin rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi, 09:00-18:00 Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti kimi müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir. Vəzifə öhdəlikləri Satış strategiyasının hazırlanmasına dəstək vermək və rəhbərə təkliflər təqdim etmək; Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, onların keyfiyyəti və xüsusiyyətləri barədə məlumat vermək; Daxil olan sifarişləri izləmək və məhsullar təhvil verilənədək müştərilərlə mütəmadi əlaqə saxlamaq; Təchizat müddətlərinin icrasına nəzarət etmək, gecikmə olduqda birbaşa rəhbəri məlumatlandırmaq; Müştəri, bazar və rəqiblərlə bağlı məlumatları hesabat şəklində rəhbərliyə çatdırmaq; Potensial müştərilər barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək; Davamlı şəkildə yeni müştərilər axtarmaq və cəlb etmək; Zavodun əsas məhsullarının qlükoza, fruktoza, nişasta, eləcə də yan məhsulların kəpək, özək, qarğıdalı qırıntısı, qlüten satışını həyata keçirmək; Müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun qurmaq; Müştəri cəlbi üçün görüşlər təşkil etmək və təkliflər hazırlamaq; Satışla bağlı tələb və təklifləri hesabat formasında təqdim etmək; Bazardakı rəqibləri mütəmadi araşdırmaq; İşgüzar tədbirlərdə şirkəti təmsil etmək; Müştəri məmnunluğunu müəyyən etmək, analiz aparmaq və çatışmazlıqlar üzrə Kommersiya və Satış şöbəsinin müdirinə təklif vermək; Müştəri borclarına daimi nəzarət etmək və onların əvvəlcədən təyin olunmuş müddətdə yığılmasını təmin etmək. Vəzifə tələbləri Ali təhsil: Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə; Satış və ya logistika sahəsində minimum 1-2 il iş təcrübəsi; Təchizat zəncirinin idarə olunması üzrə praktiki bilik; Anbar uçotu və inventar nəzarəti barədə bilik; Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsiplərini bilməsi; Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı; Sərbəst araşdırma aparmaq, komandada işləmək, məsuliyyətlilik, məxfilik, dəqiqlik və proaktivlik; Azərbaycan və rus dillərini səlis, ingilis dilini yaxşı bilməsi; 1C / ERP və MS Office, xüsusilə Excel proqramlarını sərbəst istifadə etməsi. Biz təklif edirik Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi; Peşəkar və liderlik inkişaf proqramları; Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı; Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları; Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı; Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti; Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı. Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, öz CV-lərini mövzu hissəsində “Satış üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.