Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

North West

Layihəçi memar

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Layihəçi memar vakansiyası üzrə Bakı şəhərində iri miqyaslı mülki və sənaye layihələrində çalışacaq peşəkar təcrübəsi olan namizədlər axtarılır. Vəzifə öhdəlikləri İri miqyaslı mülki və sənaye təyinatlı binaların layihələndirilməsi sahəsində təcrübə. Layihələrin FHN ekspertizasından keçirilmə prosesində, həmçinin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və bu proseslərdə aktiv iştirak. Layihənin digər bölmələri ilə koordinasiyalı işləmək, planlaşdırma və texniki uyğunluğu təmin etmək. Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axınını səmərəli şəkildə təşkil etmək. Çap və təqdimat mərhələsindən əvvəl sənədlərin FHN ekspertiza tələblərinə uyğunluğunu yoxlamaq və təmin etmək. Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcmlərin dəqiq hesablanması. Tələblər Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı. Memarlıq ixtisası üzrə ali təhsil. Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi. Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə (mütləq şərt). Müxtəlif funksiyalı layihələrin FHN ekspertiza tələblərinə uyğun layihələndirilməsi və həcmlərin çıxarılması üzrə təcrübə. Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri üzrə biliklər. Layihənin müxtəlif mərhələlərində (eskiz, ilkin təklif, işçi və icra mərhələləri) həcmlərin müvafiq formatda hazırlanması bacarığı. Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı. Qrafikə uyğun işləmək və təyin olunmuş deadline-lara riayət etmək. Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstərmək bacarığı. Stressə davamlılıq və yüksək məsuliyyət hissi. Yaradıcı düşüncə, detallara diqqət və təşəbbüskarlıq. Qeydlər Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühiti. Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyəti. Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət etməklə səmərəli və keyfiyyətli iş icrası. Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşma. Göstərilən tələblərə cavab verən namizədlərdən CV formalarını cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd etməyiniz vacibdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.