Vakansiya haqqında
Xırdalan üzrə sürücü vakansiyası üçün Isuzu və minik avtomobili idarə edə bilən namizədlər axtarılır.
Sürücü vakansiyası
Satınalma departamentində, nəqliyyat üzrə mütəxəssis vəzifəsinə tabe olacaq sürücü tələb olunur. Tabeliyində əməkdaş yoxdur.
Ştatlar:
Isuzu sürücüsü - Atyalı qəsəbəsinə yaxın ərazilərdə yaşayan namizədlər müraciət edə bilər.
Minik maşını sürücüsü - Müşfiqabad və Xırdalan ərazilərinə yaxın yerlərdə yaşayan namizədlərə üstünlük verilir.
Əmək funksiyaları
Yük avtomobilinin texniki baxımdan saz saxlanılmasını təmin edir və reysdən əvvəl gündəlik texniki yoxlama aparır.
Nəqliyyat vasitəsinin təmiz və səliqəli vəziyyətdə qalmasına nəzarət edir.
Hər gün Qobu anbarından Sədərək və Abşeron ticarət mərkəzlərinə məhsul çatdırılmasını həyata keçirir.
Rayonlara göndəriləcək məhsulların kənar nəqliyyat vasitələri ilə yola salınmasını təşkil edir.
Şəhər daxili məhsul çatdırılmalarını planlaşdırır və günün ikinci yarısında icra edir.
Məhsulların müvafiq qaimələr əsasında müştərilərə vaxtında və tam şəkildə təhvil verilməsinə cavabdehdir.
Məhsulların təyinat nöqtəsinə təhlükəsiz, vaxtında və düzgün çatdırılmasını təmin edir.
Yükün düzgün yüklənməsi, bərkidilməsi və boşaldılmasına nəzarət edir.
Qəza, texniki nasazlıq və ya fövqəladə hal baş verdikdə dərhal rəhbərliyə məlumat verir.
Marşrutlara və rəhbərlik tərəfindən verilən tapşırıqlara riayət edir.
Yol hərəkəti qaydalarına əməl edir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edir.
Təhsil və peşə tələbləri
Hyundai və Isuzu markalı yük avtomobillərini idarə etmək üzrə iş təcrübəsi.
Bakı şəhərini yaxşı tanımaq.
B və C kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir, E kateqoriyası arzuolunandır.
Yaş həddi: 30 yaşdan yuxarı.
Ən azı 5 il peşəkar sürücülük təcrübəsi.
Orta təhsil.
İxtisas səriştələri
Məsuliyyətlilik
Dəqiqlik
Diqqətlilik
Fiziki sağlamlıq və stressə davamlılıq
Ünsiyyət qabiliyyəti
Etibarlılıq
Müştəri və tərəfdaşlarla etik davranış qabiliyyəti
Dil bilikləri: Azərbaycan dili
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
