Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Agha Financial Services MMC

Vergi mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Mühasibatlıq və vergi sahəsində təcrübəsi olan Vergi mütəxəssisi axtarılır. Agha Financial Services MMC mühasibatlıq, vergi, maliyyə və biznes konsultasiya xidmətləri göstərən peşəkar consulting şirkətidir. Fəaliyyətimizin genişlənməsi və müştəri portfelimizin artması ilə əlaqədar komandamıza məsuliyyətli və inkişaf yönümlü Vergi mütəxəssisi tələb olunur. Vəzifə öhdəlikləri Hüquqi şəxslərin yaradılması və fiziki şəxslərin qanunvericiliyə uyğun qeydiyyatı üçün zəruri sənədlərin toplanması və vergi orqanına təqdim edilməsi; Bütün növ vergi bəyannamələrinin, o cümlədən mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, torpaq vergisi, əmlak vergisi və digər bəyannamələrin hazırlanması, yoxlanılması və təqdim edilməsi; “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabat”ının hazırlanması, yoxlanılması və təqdim edilməsi; AVİS və AVİS-dən kənar olmaqla bütün növ kameral uyğunsuzluq məktublarına cavabların hazırlanması və prosesin nəzarətdə saxlanılması; Mühasibat uçotunun vergi uçotu ilə uyğunluğunun və tamlığının aylıq yoxlanılması; Dövlət Vergi Xidməti və digər dövlət qurumları ilə rəsmi yazışmaların aparılması; Vergi orqanında görüşlərin keçirilməsi və şirkətin, eləcə də əməkdaşlıq etdiyimiz şirkətlərin təmsil edilməsi; Vergi yoxlamaları və vergi nəzarəti proseslərində vergi ödəyicilərinin təmsil olunması; Rəhbərlik üçün tələb olunan idarəetmə və daxili hesabatların hazırlanması; Kameral vergi hesablamalarının araşdırılması və müvafiq rəylərin hazırlanması; Maliyyə hesabatlarının vergi aspektindən təhlil edilməsi, xüsusilə mənfəət vergi bəyannaməsi üzrə; Tapşırıqların müəyyən edilmiş müddətlərdə və şirkətin keyfiyyət standartlarına uyğun yerinə yetirilməsinin təmin edilməsi. Namizədə tələblər Azərbaycan Respublikası Vergi Məcəlləsini bilməlidir; Vergi ilə bağlı digər qanunvericilik aktları, qanunlar və məcəllələr barədə məlumatlı olmalıdır; Mühasibat uçotu, maliyyə və ya əlaqəli sahə üzrə bakalavr və/və ya magistr təhsili; Mühasibatlıq və vergi sahəsində minimum 1-2 il iş təcrübəsi; Vergi orqanlarında kameral vergi yoxlamaları sahəsində iş təcrübəsi arzuolunandır; Vergi orqanları ilə iş və vergi yoxlamalarında iştirak təcrübəsi; Güclü analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı; MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə Excel bilikləri yüksək səviyyədə olmalıdır; Yeni iş mühitinə sürətli uyğunlaşmaq və müxtəlif komandalarla effektiv işləmək bacarığı. İş şəraiti İş qrafiki: həftə içi 5 iş günü; İş saatı: 09:00 - 18:00; Əmək haqqı: 1000 AZN (Gross); İş yeri: Bakı; Karyera və inkişaf imkanları. Təklif edirik Müxtəlif sahələr üzrə praktiki təcrübə; Stabil və uzunmüddətli əməkdaşlıq; Peşəkar inkişaf və təlim imkanları; Korporativ iş mühiti və dəstəkləyici komanda. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.