Vakansiya haqqında
Bakıda reklam və kommunikasiya sahəsində fəaliyyət göstərən şirkətimiz satış meneceri axtarır.
Namizədə tələblər
Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
İngilis dili biliyi orta və ya daha yüksək səviyyədə;
İqtisadiyyat, marketinq, menecment və ya texniki sahə üzrə təhsil arzuolunandır;
MS Office proqramlarında, o cümlədən Word, Excel və PowerPoint-da sərbəst işləmək bacarığı;
Photoshop proqramı ilə işləmək bacarığı üstünlük hesab olunur;
Analitik düşüncə, məlumat bazaları, rəqəmlər və hesabatlarla işləmək bacarığı;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Məsuliyyətli, məqsədyönlü və öyrənməyə açıq olmaq;
28 yaşadək bəy namizədlər, təcrübəli və ya təcrübəsiz.
Təcrübəsi olmayan namizədlər üçün şirkətdaxili təlim və inkişaf proqramları nəzərdə tutulur.
Vəzifə öhdəlikləri
Müştərilərin axtarışı və yeni əməkdaşlıqların qurulması;
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Təqdimat materiallarının hazırlanması;
Müştərilərlə gündəlik ünsiyyətin aparılması;
Reklam kampaniyalarının icrasına nəzarət;
Hesabatların hazırlanması və təhlili;
Müqavilə və digər sənədlərin hazırlanmasında iştirak.
Biz nə təklif edirik?
5 günlük iş qrafiki, 10:00–18:00;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Şəhərin mərkəzində yerləşən müasir ofis;
Gənc, yaradıcı və peşəkar komanda;
Beynəlxalq standartlara uyğun təlim və inkişaf imkanları;
Real karyera yüksəlişi perspektivi;
Rəqabətli əməkhaqqı və bonus imkanları.
Əməkhaqqı namizədin təcrübə, bilik və bacarıqlarına uyğun olaraq müsahibə mərhələsində müəyyən edilir.
Özünüzü bu vəzifədə görürsünüzsə, CV-nizi göndərin və karyeranıza bizimlə başlayın. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
