Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

CMT Group

Laborant (boya istehsalı)

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Boya istehsalı sahəsində laborator nəzarət və istehsalat dəstəyi üzrə laborant vakansiyası elan olunur. Vəzifə öhdəlikləri İstehsalata daxil olan piqment, doldurucu, qatran, həlledici, su, əlavə və digər xammal nümunələrini müəyyən edilmiş qaydada götürmək. Xammalın xarici görünüşünü, rəngini, homogenliyini və texniki sənədlərdə göstərilən digər göstəricilərini yoxlamaq. İstehsalat resepturalarının hazırlanması və optimallaşdırılmasında iştirak etmək. Xammalın düzgün seçilməsinə nəzarət etmək və laborator yoxlamaları aparmaq. Təsdiq olunmuş metodikalara əsasən sıxlıq, özlülük, pH, bərk maddə miqdarı, dispersiya dərəcəsi və digər tətbiq olunan göstəriciləri müəyyən etmək. Məhsul keyfiyyətinin standartlara uyğunluğunu izləmək. Texnoloji xəttdə yaranan problemləri təhlil etmək və onların həllinə dəstək vermək. Xammalın keyfiyyət sənədləri ilə laboratoriya nəticələrini müqayisə etmək, uyğunsuzluq aşkar olunduqda rəhbərliyə məlumat vermək. Yeni məhsulların hazırlanmasında və sınaqdan keçirilməsində iştirak etmək. Avadanlıqların düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək. İstehsalat proseslərini sənədləşdirmək və hesabatlar hazırlamaq. Namizədə tələblər Kimya, kimya texnologiyası, kimya mühəndisliyi və ya uyğun texniki sahə üzrə ali və ya orta ixtisas təhsili arzuolunandır. Toz məhsullarla, o cümlədən sement, beton, qatqılar və s. ilə işləmək təcrübəsi arzuolunandır. Texnoloji prosesləri anlamaq və analiz etmək bacarığı. Laboratoriya avadanlıqları ilə işləmək təcrübəsi. Məsuliyyətli, diqqətli və nəticə yönümlü olmaq. Komanda ilə işləmək bacarığı. Şirkət təklif edir Rəsmi əmək müqaviləsi. 600 AZN əmək haqqı, real bilik və təcrübəyə görə. Nahar və servis xidməti. Stabil iş mühiti və uzunmüddətli əməkdaşlıq. Peşəkar inkişaf imkanı. Xanım namizədlər tələb olunur. İş saatı 08:00-dan 17:00-dək. 6 günlük iş qrafiki. Əlaqə +99410 250 54 07, əlaqədar şəxs Orxan Cavadzadə, İnsan Resursları üzrə Menecer. Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.