Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Yeni layihələr üzrə SƏTƏM Planının, Risklərin Qiymətləndirilməsinin və digər zəruri SƏTƏM sənədlərinin hazırlanması;
SƏTƏM mövzuları üzrə təlimlərin təşkil edilməsi və keçirilməsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
İş sahələrində təhlükəsizlik tələblərinə əməl olunmasının mütəmadi yoxlanılması.
Tələblər
Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
Rus və ingilis dili bilikləri;
SƏTƏM sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
SƏTƏM sahəsində ilkin biliklərə malik olmaq və bu istiqamətdə öyrənməyə, inkişaf etməyə həvəsli olmaq;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş saatları: 09:00–18:00 (şənbə günü 09:00–15:00);
Əmək haqqı: 600 AZN;
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 5-ci küçə 58;
İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun həyata keçirilir.
Müraciət qaydası
Müraciət etmək üçün CV formasını mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
