Vakansiya haqqında
Bakı üzrə merçendayzer vakansiyasında satış nöqtələrində məhsul düzülüşü, stok nəzarəti və vitrin səliqəsi ilə bağlı vəzifələr icra olunacaq.
İş barədə məlumat
İş qrafiki 5 gündür.
İş saatı 09:00-dan 18:00-dəkdir.
İş yeri: Abşeron rayonu.
Vəzifə öhdəlikləri
Məhsulların satış nöqtələrində şirkət standartlarına uyğun şəkildə yerləşdirilməsi.
Rəflərin hər zaman səliqəli və dolu vəziyyətdə saxlanılmasına nəzarət edilməsi.
Məhsulların düzgün düzülüşünün və vitrin görünüşünün təmin olunması.
Məhsulların son istifadə tarixlərinin mütəmadi yoxlanılması.
Satış nöqtələrində məhsul qalıqlarına və stok vəziyyətinə nəzarət edilməsi.
Rəflərdə məhsul çatışmazlığının vaxtında müəyyən olunması və aidiyyəti şəxslərə bildirilməsi.
Məhsul qiymət etiketlərinin düzgünlüyünün yoxlanılması.
Yeni məhsulların satış nöqtələrində yerləşdirilməsi və təqdimatının təmin olunması.
Endirim və promoaksiyaların satış nöqtələrində düzgün tətbiqinə nəzarət edilməsi.
Satış nöqtələrinin məsul şəxsləri ilə düzgün və işgüzar münasibətlərin qurulması.
Məhsullarda yaranan zədələnmə, yararsızlaşma və digər problemlər barədə rəhbərliyə məlumat verilməsi.
Tələblər
Merçendayzer vəzifəsi üzrə iş təcrübəsi olmalıdır.
Məsuliyyətli və intizamlı olmaq.
Aktiv, diqqətli və nəticəyönümlü olmaq.
İşə ciddi yanaşmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Maraqlanan şəxslər mövzu hissəsində “Merçendayzer” qeyd etməklə CV-ni Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
