Vakansiya haqqında
Material qəbulu, uçot və anbar nizamı sahəsində işləmək istəyənlər üçün anbardar vakansiyası elan olunur.
Vəzifə öhdəlikləri
Anbara daxil olan material və məhsulların qəbulu, yoxlanılması və yerləşdirilməsi;
Kağız, dəri, süni dəri, çap materialları, promo məhsulları və digər ehtiyatların uçotunun aparılması;
Materialların istehsalata verilməsi və çıxışının qeydiyyata alınması;
Hazır məhsulların anbara qəbulu və təhvil prosesinə nəzarət;
Anbardakı faktiki qalıqların uçot göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
Müntəzəm inventarizasiyanın aparılması;
Əşyaların anbarda düzgün və səliqəli şəkildə saxlanılmasının təmin edilməsi;
Anbar sənədlərinin vaxtında və düzgün hazırlanması;
Rəhbərliyə material qalıqları və çatışmazlıqlar barədə məlumat verilməsi.
Namizədə tələblər
Cins: kişi;
Anbardar və ya anbar uçotu sahəsində iş təcrübəsi arzuolunandır;
Uçot və hesablama bacarığı;
Kompüter və Excel proqramında işləmək bacarığı üstünlükdür;
Diqqətli, məsuliyyətli, dürüst və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
Fiziki işə hazır olmaq.
İş şəraiti
Əməkhaqqı: 600–700 AZN
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək;
İş yeri: Bakı şəhəri;
Şirkət: Nero Print.
Müraciət qaydası
CV-nizi mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
