Vakansiya haqqında
Əmək münasibətləri üzrə hüquqşünas vakansiyası üçün işə qəbul elan edilir.
Vəzifə öhdəlikləri
İşçilərin əmək hüquqlarının qorunması, əmək münasibətlərində qanunvericiliyin tələblərinə və obyektivlik prinsipinə əməl olunmasına nəzarət edilməsi;
Əmək intizamının pozulması halları üzrə araşdırmaların aparılması və nəticələrin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
Əmək münasibətləri ilə bağlı məsələlərdə işçilərlə danışıqların aparılması, müraciətlərin dinlənilməsi və razılaşma əsasında həll yollarının müəyyənləşdirilməsi;
Əmək müqavilələrinin, əmrlərin və digər əmək sənədlərinin hüquqi baxımdan hazırlanması və yoxlanılması;
Dövlət Əmək Müfəttişliyi Xidməti və digər aidiyyəti qurumlarla bağlı müraciətlərin və yoxlamaların hüquqi müşayiətinin təmin olunması;
Əmək qanunvericiliyinə riayət edilməsinə nəzarət olunması.
Namizədə tələblər
Ali hüquq təhsili;
Əmək hüququ və əmək münasibətləri sahəsində minimum 10 il iş təcrübəsi;
Əmək Məcəlləsi və əmək mübahisələrinin həlli prosedurları üzrə biliklər;
Dövlət qurumları ilə iş təcrübəsi;
Güclü ünsiyyət və problem həll etmə bacarığı;
Məsuliyyətli, obyektiv və analitik düşüncə qabiliyyəti.
İş yeri
Qax və digər bölgələrdə yaşayan namizədlərin müraciətləri dəyərləndirilir;
Bakıdan müraciət edən namizədin ayın müəyyən vaxtlarında Qaxa səfər etməsi mütləqdir;
Qaxda yaşayış yeri şirkət tərəfindən təmin edilir.
Əməkhaqqı
Namizədin bilik və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
