Vakansiya haqqında
İnzibatçılıq şöbəsinin nəqliyyat xidmətinin sürücüsü üzrə tam ştat vakansiya elan olunur.
Vəzifələr
İdarə Heyətinin üzvünü gündəlik iş qrafikinə, görüşlərinə, iclaslarına və digər rəsmi tədbirlərinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş vaxtda və ünvanda qarşılamaq, təyinat yerinə təhlükəsiz və vaxtında çatdırmaq;
Təhlükəsizlik qaydaları və prosedurlarına uyğun icazə verilən marşrutlarla hərəkət etmək;
İdarə Heyətinin üzvünün səfərləri zamanı eşidilən və ya məlum olan xidməti, kommersiya və digər məxfi məlumatların gizliliyini qorumaq, bu məlumatları səlahiyyətsiz şəxslərlə müzakirə etməmək və paylaşmamaq;
Təhkim olunmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə hər gün nəzarət etmək, yağı, suyu, akkumulyatoru, əyləcləri, şinləri və digər vacib hissələri yoxlamaq, xırda təmir işlərini yerinə yetirmək, təmir üçün vaxtında müraciət etmək və avtomobilin təmiz saxlanmasını təmin etmək;
Rəsmi səfərləri, gündəlik məsafəni, yanacaq sərfiyyatını, yağlama və yağ dəyişməsini qeyd etməklə müvafiq sənədləri hazırlamaq;
Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və ya digər fövqəladə hal yarandıqda lazımi təhlükəsizlik tədbirlərini görmək, aidiyyəti şəxsləri və birbaşa rəhbəri dərhal məlumatlandırmaq;
Avtomobilin təhlükəsiz və düzgün idarə olunması üçün xüsusi əməliyyat kitabçasını oxumaq və anlamaq.
Tələblər
Orta təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Rəhbər şəxslərə və ya korporativ müştərilərə sürücülük xidməti göstərilməsi sahəsində təcrübə üstünlükdür;
Sürücülük vəsiqəsi;
İngilis dili bilikləri (ünsiyyət səviyyəsində);
Naviqasiya tətbiqlərindən və mobil rabitə vasitələrindən istifadə bacarığı;
Yüksək ünsiyyət mədəniyyəti, nəzakətlilik, səbir və müxtəlif situasiyalarda peşəkar davranış.
İş rejimi
Vakansiya növü: Tam ştat
Müraciət
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
