Vakansiya haqqında
Bakıda İnsan resursları üzrə mütəxəssis və HR sənədləşməsi üzrə peşəkar əməkdaş axtarılır.
İşin təsviri
Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul və işdən azad edilmə proseslərini həyata keçirmək, əmək müqavilələrini hazırlamaq və elektron sistemə bildirişləri daxil etmək;
Sənəd dövriyyəsi sisteminin qurulması prosesində iştirak etmək;
Dövlət Statistika hesabatlarını hazırlamaq, həmçinin kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və digər əmrləri tərtib etmək;
Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
Vəzifə təyinatlarının Əmək münasibətləri və məşğulluq altsistemində qeydiyyatını aparmaq və yeni əməkdaşların sənədləşdirilməsini icra etmək;
Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını aparmaq;
Şirkət əməkdaşlarının əmək müqavilələrinə xitam vermək, son haqq-hesabı həyata keçirmək və əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək;
Görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq və aidiyyəti instansiyaya təqdim etmək;
Yeni işçilərin adaptasiya prosesini təşkil etmək və sınaq müddətlərini izləmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qeydiyyatını aparmaq və dəyişiklikləri mütəmadi olaraq qeyd etmək;
Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək və müsahibə nəticələri barədə namizədləri məlumatlandırmaq;
Aylıq tabelləri hazırlayıb maliyyə şöbəsinə təqdim etmək.
Namizəd üçün tələblər
Cinsi: qadın;
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dili biliyi arzuolunandır;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı;
Ali təhsil, İnsan Resursları sahəsində olması üstünlükdür;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Microsoft Office proqramlarında, o cümlədən Word, Excel və 1C-də sərbəst işləmək.
İş şərtləri
Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqları əsasında müəyyən edilir;
5 günlük iş qrafiki;
İş vaxtı saat 09:00-dan 18:00-dək;
Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.
Müraciət qaydası
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
