Vakansiya haqqında
Sürücü-ekspeditor vakansiyası üçün məhsulların vaxtında çatdırılmasını təmin edə bilən namizəd axtarılır.
Əməkhaqqı
Əməkhaqqı müsahibə zamanı müəyyən edilir.
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən müəyyən edilmiş marşrut və çatdırılma qrafikinə uyğun olaraq məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək;
Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, çatdırılma zamanı müvafiq sənədləşməni aparmaq;
Müştərilərlə peşəkar şəkildə ünsiyyət qurmaq, çatdırılma ilə bağlı məlumatları təqdim etmək və müştəri rəylərini rəhbərliyə bildirmək;
İdarə etdiyi nəqliyyat vasitəsinin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
Marşrut üzrə yaranan dəyişikliklər və çatdırılmaya təsir edə biləcək hallar barədə birbaşa rəhbəri məlumatlandırmaq.
Tələblər
Minimum 2 il müvafiq iş təcrübəsi, şəbəkələr üzrə təcrübə mütləqdir;
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Ünsiyyət qurmaq bacarığı;
İşə planlı yanaşma;
Komandada işləmək bacarığı;
Öz üzərində daim çalışmaq və təşəbbüskarlıq;
Rus dilini bilmək üstünlükdür.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sürücü-ekspeditor” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
