Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Texniki işlər üzrə şöbə müdiri

KürdəmirMənbə: Vezife.az

Vakansiya haqqında

Kürdəmirdə yerləşən istehsalat müəssisəsi üçün texniki xidmət, təmir prosesləri və avadanlıqların fasiləsiz işləməsinə nəzarət edəcək Texniki işlər üzrə şöbə müdiri axtarılır. Namizədə tələblər Mexanika, Elektrotexnika, Elektroenergetika və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil; Texniki xidmət və təmir sahəsində minimum 3–5 il iş təcrübəsi; Rəhbər vəzifədə və ya texniki heyətin idarə olunmasında ən az 2 il təcrübə; Mexaniki, elektrik, hidravlik və pnevmatik sistemlər barədə biliklər; Texniki çertyoj və sxemləri oxumaq bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Liderlik, analitik düşüncə və problem həll etmə qabiliyyəti. Əsas vəzifə öhdəlikləri Texniki şöbənin fəaliyyətini planlaşdırmaq və idarə etmək; İstehsalat avadanlıqlarının və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Profilaktik baxım, cari və əsaslı təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək; Texniki nasazlıqların səbəblərini araşdırmaq və təkrarlanmasının qarşısını almaq; Texniki heyətin işini koordinasiya etmək və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək; Ehtiyat hissələrinin, texniki materialların və resursların səmərəli istifadəsinə nəzarət etmək; Texniki hesabatların hazırlanmasını və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək. İş şəraiti İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00; İş yeri: Kürdəmir rayonu; Nahar şirkət tərəfindən təmin olunur. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Texniki işlər üzrə Şöbə müdiri” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.