Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku TV

Youtube üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Baku TV komandası YouTube üzrə mütəxəssis axtarır. Öhdəliklər Videoların YouTube kanallarına vaxtında yüklənməsi, yayımlanması və paylaşım cədvəlinin idarə olunması; Materiala uyğun, diqqət çəkən və məzmunu dəqiq əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması; Video üzlüklərinin hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və yekun nəticənin yoxlanılması; YouTube Shorts üçün uyğun materialların seçilməsi və mütəmadi paylaşılması; Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi; YouTube Analytics vasitəsilə baxış sayı, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili; Kanalın inkişafı və kontent nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problem olduqda rəhbərliyin məlumatlandırılması; Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili. Tələblər YouTube kanallarının idarə olunması üzrə praktiki təcrübə; YouTube Studio və YouTube Analytics ilə işləmək bacarığı; Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı; YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər; Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı; YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə və ya https://cv.management.az/vacancy/125 linki vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.