Vakansiya haqqında
Sumqayıtda “Satınalma üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə əməkdaş axtarılır.
Vəzifə haqqında
“STP GLOBAL CABLE” MMC satınalma departamenti üçün “Satınalma üzrə aparıcı mütəxəssis” vakansiyası elan edir.
Özünə və peşəkarlığına güvənən, bu sahədə təcrübəsi olan və tələblərə uyğun namizədlər komandamıza dəvət olunur.
Namizədə tələblər
Ali təhsil;
Sahə üzrə minimum 3 il, xammal alışı, xüsusilə metal alışı üzrə minimum 2 il iş təcrübəsi;
Avadanlıqların və ehtiyat hissələrinin alınması sahəsində təcrübə;
Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Yerli və beynəlxalq bazarlar barədə məlumatlılıq;
Güclü ünsiyyət və davranış bacarıqları;
Problem həll etmə və analitik düşünmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmə bacarığı.
Vəzifə öhdəlikləri
Satınalma prosesini vaxtında, prosedur və qaydalara uyğun şəkildə icra etmək;
Təchizat sifarişlərini idarə etmək: yerləşdirmək, nəzarətdə saxlamaq, hesabat hazırlamaq və sifarişləri bağlamaq;
Satınalma sorğularına nəzarət etmək, yoxlamaq və hesabatlarını hazırlamaq;
Bazar araşdırması aparmaq, tələb olunan materialları daxili və xarici bazarda təhlil etmək, təchizatçı bazasını hazırlamaq və analiz etmək;
Tender və sorğuları hazırlamaq və qiymətləndirmək, tələb olunan sənədlərə əsasən məhsul və xidmət seçim prosesini yekunlaşdırmaq;
Satınalma prosesini ən əlverişli şərtlərlə həyata keçirmək;
Təchizatçıların seçimi və qiymətləndirilməsini aparmaq;
Müqavilələrin icrasına nəzarət etmək, müqavilə şərtlərini müəyyənləşdirmək;
Təchizatçı şirkətlərdən qiymət təkliflərini toplamaq, təhlil etmək və optimal təklifləri təqdim etmək;
Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
ERP sistemində işləmə bacarığına sahib olmaq.
Sizə təklif olunur
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf istiqamətində şirkətin tam dəstəyi.
Əlavə məlumat
Əmək haqqı şirkətin daxili mövcud dərəcələndirmə sistemi əsasında müəyyən edilir;
Nahar və nəqliyyatla (servis) təminat;
İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00 - 18:00;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Müraciət qaydası
Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsi vasitəsilə göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
