Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Digital Classifieds

UX/UI designer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Digital Classifieds şirkətində UX/UI designer axtarılır və əsas məqsəd web və mobil məhsullar üçün istifadəsi rahat, vahid üslublu interfeyslər hazırlamaqdır. Vəzifə öhdəlikləri Şirkətin web və mobil məhsulları üçün UX/UI dizayn hazırlamaq (web, iOS, Android); Məhsulun araşdırma və konsept mərhələsindən başlayaraq reliz və sonrakı təkmilləşdirmə proseslərinə qədər iştirak etmək; Şirkətin dizayn sisteminə əsasən interfeyslər yaratmaq və mövcud interfeysləri qoruyub saxlamaq, məhsullar arasında vizual və funksional uyğunluğu təmin etmək; İstifadəçi davranışını və metrikləri təhlil etmək, tətbiq olunan həllərin effektivliyini qiymətləndirmək; Dizayn spesifikasiyalarını hazırlamaq, maketləri inkişaf komandasına təhvil vermək və icra prosesini izləmək. Tələblər UX/UI designer kimi minimum 1 il iş təcrübəsi; Figma proqramında sərbəst işləmək bacarığı; UX/UI dizayn prinsiplərini bilmək, iOS və Android qaydalarına bələd olmaq; Web və mobil platformalar üçün interfeys dizaynı təcrübəsi (iOS/Android); User flow və user journey map ilə işləmək bacarığı; UX tədqiqat metodları haqqında ilkin biliklər (intervyu, usability test); Məsuliyyətli yanaşma, detallara diqqət və tapşırıqları relizə qədər aparmaq bacarığı; İş nümunələri olan portfolio mütləqdir; Müasir bazar trendlərini izləmək; Dizayn sistemləri ilə işləmə təcrübəsi; İnterfeys animasiyaları və mikrointeraksiyalar üzrə təcrübə. İş şərtləri Maraqlı və önəmli vəzifələr; Təcrübəli və motivasiyalı komanda; Bakı şəhərinin mərkəzində ofis; İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Rəqabətli əmək haqqı; Tibbi sığorta. Müraciət qaydası Namizədlərdən xahiş olunur ki, CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər və məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etsinlər. Müraciət üçün son tarix 30 Oktyabr 2026-cı ildir. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq. İlkin seçimdən keçən namizədlər üçün test tapşırığı nəzərdə tutulur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.