Vakansiya haqqında
Bakı üçün anbardar vakansiyasında anbar əməliyyatlarının düzgün təşkili, uçot və nəzarət işləri üçün təcrübəli namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Qəbul edilən material və qiymətlilərin müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
Anbar daxilində mal-materialların qruplaşdırılmasını, düzgün saxlanılmasını və təhlükəsizliyini təmin etmək;
Yüklərin qəbul edilməsi, yerləşdirilməsi və boşaldılması proseslərini təşkil etmək;
Aşkar olunan nasazlıq və çatışmazlıqlarla bağlı aktlar hazırlamaq;
Materialların hərəkəti üzrə anbar proqramında uçot aparmaq və hesabatlar hazırlamaq;
Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslim prosesində iştirak etmək;
Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq, giriş, çıxış və qalıq miqdarına nəzarət etmək, sənədlərin, o cümlədən qaimə, akt və fakturaların düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək;
Anbarda təmizlik və nizam-intizamı qorumaq, məhsulların salamatlığını və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək, saxlama şəraitinə nəzarət etmək;
Müəyyən edilmiş dövrlərdə inventarizasiya prosesində iştirak etmək;
Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, istifadə müddətinin bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək;
Yükləmə-boşaltma işlərini təşkil etmək və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək.
Namizədə tələblər
Ali təhsil;
Anbar təsərrüfatı, əsasən neft-qaz sahəsində minimum 5 il iş təcrübəsi;
MS Office proqramlarını, xüsusilə Excel-i bilmək;
ERP və ya anbar uçotu proqramları ilə işləmək bacarığı üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə;
Məsuliyyətli, diqqətli və yüksək təşkilatçılıq bacarığına malik olmaq;
Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
