Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Qafqaz Baku City Hotel & Residences

Rəngsaz

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Rəngsaz işi üzrə vakansiya boya, divar kağızı və səth hazırlığı işlərini əhatə edir. Vəzifə təlimatı Xüsusi kağız və parça daxil olmaqla boya, vinil və divar kağızlarını divarlara, mebellərə və müxtəlif konstruksiyalara tətbiq etmək; Boyanmış daxili və xarici səthləri, dekorativ elementləri və qurğuları yoxlamaq və onlara texniki qulluq göstərmək; Səthləri hazırlamaq, rəngləmək və təmizləmək; Müvafiq materiallardan istifadə etməklə divar səthlərini yoxlamaq və yeniləmək; Divarlar üçün uyğun divar kağızı və ya parça seçmək, kəsmək və tətbiq etmək; Boyama işlərinin icrası üçün obyektin planlarını və təsvirlərini oxumaq; Boya təchizatını və materiallarını sifariş etmək; Daxili divarları və tavanları divar kağızı və ya parça ilə örtmək; Yüksək təzyiqli, kiçik həcmli sprey cihazlarından istifadə etmək; Müvafiq ixtisası olmayan və ya tam ixtisaslaşmamış işçilərə kömək etmək; Müxtəlif elektrik və əl alətlərindən istifadə etmək və onların texniki vəziyyətini qorumaq; İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, avadanlıq və alətləri aidiyyəti üzrə geri qaytarmaq; Təmiz iş mühitini təmin etmək; Boya ləvazimatlarına və avadanlıqlarına nəzarət edilməsində, boya emalatxanalarının təmiz və təhlükəsiz saxlanılmasında texniki xidmət üzrə mühəndisə kömək etmək. Tələblər Qeyd olunan vəzifə üzrə azı 1 il iş təcrübəsi, hotel təcrübəsi üstünlükdür; Təmir və lehimləmə işlərini aparmaq bacarığı; Dəyişkən iş qrafikində işləmək bacarığı; Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər. Şərtlər Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında. Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Rəngsaz” qeyd olunması xahiş edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.