Vakansiya haqqında
Xaricdə təhsil üzrə mütəxəssis tələb olunur.
Vəzifə öhdəlikləri
Tələbələrin akademik göstəricilərinə, maraqlarına və karyera məqsədlərinə uyğun xarici universitetləri və təhsil proqramlarını araşdırmaq, uyğun variantları seçmək.
Tələbələrə ölkə, şəhər, universitet və ixtisas seçimi mövzusunda peşəkar məsləhət vermək.
Xarici universitetlərə qəbul üçün müraciət prosesini təşkil etmək və hər mərhələdə tələbələrə dəstək göstərmək.
Qəbul üçün tələb olunan sənədlərin hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək.
Universitetlərin qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları barədə aktual məlumatları toplamaq və təhlil etmək.
Müraciət tarixlərini və qəbul prosesinin gedişatını izləmək, tələbələri vaxtında məlumatlandırmaq.
Tələbələr və onların valideynləri ilə mütəmadi əlaqə saxlamaq, yaranan sualları cavablandırmaq.
Xarici universitet nümayəndələri və tərəfdaş təşkilatlarla işgüzar əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək.
Namizədə tələblər
Xaricdə təhsil, təhsil xidmətləri və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
İngilis dilində sərbəst ünsiyyət və yazışma bacarığı, əlavə xarici dil biliyi üstünlükdür.
Məlumatların araşdırılması, təhlili və düzgün qərarvermə bacarığı.
Güclü kommunikasiya, təqdimat və koordinasiya bacarıqları.
Vaxtı səmərəli idarə etmək və bir neçə işi paralel aparmaq bacarığı.
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma.
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
Komandada işləmək və müştəriyönümlü yanaşma bacarığı.
Üstünlüklər
Xarici universitetlərə qəbul prosedurları barədə məlumatlı olmaq.
Təqaüd proqramları və beynəlxalq təhsil imkanları haqqında biliklər.
Xarici universitetlər və təhsil agentlikləri ilə iş təcrübəsi.
İş şəraiti
İş qrafiki həftə içi 09:30-18:30.
Şənbə günü 10:00-14:00.
Əmək haqqı namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və ixtisas səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.
Müraciət qaydası
Maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
