Vakansiya haqqında
Metrologiya üzrə təcrübəçi vakansiyası ölçmə vasitələri, kalibrləmə və sənədləşmə sahəsində inkişaf etmək istəyən namizədlər üçün nəzərdə tutulub.
Əsas vəzifələr
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət etmək;
Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, uyğun qrafikləri hazırlamaq və yeniləmək;
Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək;
Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesinə dəstək vermək;
Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına kömək göstərmək;
Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək vermək;
Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və qeydləri yeniləmək.
Tələblər
Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili;
0–6 ay iş təcrübəsi; müvafiq sahə üzrə ilkin bilik və təcrübə üstünlükdür;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür;
Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər;
Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış;
Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı;
MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı.
Üstünlüklər
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası və idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
